Ermənistan MN Ordumuzun Zəngəzurda irəlilədiyini təsdiqlədi - ermənilərin reaksiyası

Ermənilər yenə təşviş içindədir.
Globall.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu döyüş hazırlığı mövqeyi tutub.
Onları təşvişə salan səbəb isə Azərbaycan Ordusunun Zəngəzur istiqamətində Verişen kəndinə doğru 3 km dərinliyə irəliləməsidir.
Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: