"Azərbaycan əsgərləri Gorusun 5 kilometrliyindəki yüksəkliyə çıxdılar"-
"tert.am" /VİDEO
Ermənistan mətbuatı Azərbaycan əsgərlərinin Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdıqları barədə video görüntü yayıb.
“tert.am” saytı bildirir ki, videoda göstərilən yerin Verişen kəndindən 2 kilometr aralıda yerləşdiyi qeyd olunub.
Qeyd edək ki, Verişen kəndi Ermənistanın Gorus şəhərindən 3 kilometr məsafədə yerləşir.
Onu da bildirək ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında yerləşən Zəngəzur bölgəsində döyüşlərin başladığına dair məlumat yayanların cəzalandırılacağı barədə açıqlama yayıb.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: