“Lotu Quli”yə sui-qəsdə cəhd edən 4 azərbaycanlı HƏBS OLUNDU
“Lotu Quli”yə sui-qəsdə görə 4 azərbaycanlı avtoritet barəsində həbs qətimkan tədbiri seçildi
Türkiyədə "Lotu Quli" ləqəbli Nadir Səlifova sui-qəsdə görə, Quram Çixladze ilə birlikdə həbs olunan azərbaycanlılar barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, İstanbul Məhkəməsi saxlanılan 17 nəfərdən 7-i barəsində həbs qətimkan tədbiri seçib, qalanları isə sərbəst buraxıb.
Barəsində həbs qətimkan seçilər şəxslərdən 4-ü azərbaycanlıdır. Onlar Emin Qasımov (Emin Naxçıvanski), Elnur Məmmədov, Fuad Hacıyev (Fuad Sumqayitski), Vahid Məmmədov ( Vaxa Bakinski)dir.
Azadlığa çıxan 10 nəfərdən 5-i azərbaycanlıdır.
Qeyd edək ki, adı çəkilən şəxslər mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarıdır.
Bir ay bundan əvvəl adıçəkilən şəxslər “Lotu Quli” yaxın qohumu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlayıblar. Hadisə İstanbuldakı restoranların birində baş verib.
Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.
Qeyd edək ki, saxlanılma zamanı şübhəlilərdən bir ədəd Kalaşnikov, 11 tapança və 222 sursat aşkar edilmişdi.