Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Əli Həsənovun qəzetinə dövlət dəstəyi dayandırıldı
  • “IV hakimiyyət”də hansı dəyişikliklərə ehtiyac var? –Vüsalə Mahirqızı mediada islahatların zəruriliyindən yazdı
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • YANVARDA PUL OLMADI... – KİVDF-də nə baş verir?
  • 20 MİNİN AĞIRLIĞI ALTINDA ÇAT VERƏN “SƏDAQƏT” – Əli Həsənovun heyrət doğuran dirənişi

    • Tarix: 6-02-2020, 12:34



    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bir ay gecikmə ilə, amma ənənəvi qaydada qəzetlərə maliyyə ayırdı. Fonddan dəstək alacaq nəşrlərin siyahısı dərc olunmamış, adı daim yardım siyahısının başında gələn "Kaspi" və Kaspiy" qəzetlərinin ölkə Prezidentinə şikayət dolu müraciəti yayıldı. Məlum oldu ki, əvvəllər dövlətdən ildə 480 min manat yardım alan bu qəzetlərə bu dəfə pul ayrılmayıb. KİVDF rəhbərliyi də bu barədə bir kəlimə ilə olsun, izahat verməyib. Yəqin ki, ehtiyac duymayıb!
    "Kaspi" qəzeti və onun rusca əlavəsi Prezidentin keçmiş köməkçisi, uzun illər hakimiyyətin media siyasətinin icrasını həyata keçirən Əli Həsənovun ailə üzvlərinə məxsusdur. Təsisçisi və baş redaktoru Əli Həsənovun xanımı Sona Vəliyevadır. Elə dünən Sona xanım, ardınca da Əli Həsənov kollektivin narazılığını dəstəkləyərək KİVDF-nin qərarına sərt təpki göstəriblər. "KİVDF-nin “Kaspi” qəzetini dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarması bütövlükdə bizim kollektivə qarşı ədalətsiz qərardır. Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub. Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir...", - S.Vəliyeva “Feysbuk” səhifəsindən paylaşdığı açıqlamasında qeyd edib.
    Keçmiş köməkçinin həyat yoldaşının dediklərinin şərhinə və bəyanatının davamına qayıdacağıq, çünki təsisçi olduqca mühüm mətləblərə toxunub. Hələlik Əli Həsənovun özünün dünənki açıqlamasının bəzi məqamlarına nəzər yetirək.
    "Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?”, - keçmiş köməkçi sərt şəkildə sual edir və "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının “məntiqini anlamadığını” əlavə edir.
    Əli Həsənov məsələni araşdırdıqlarını bildirir: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət ediblər".
    Əli Həsənov düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar (!) qəbul edə bilər. 



    Ümumiyyətlə "Kaspi" qəzeti ilə bağlı KİVDF-nin qərarına gəldikdə, əvvəla Fond, ildə yarım milyon manata qədər pul ödədiyi qəzeti maliyyələşdirməkdən hansı səbəbə görə imtina etdiyini açıqlamayıb. Bu, ən azı qəzetin kollektivinə, ümumiyyətlə media ictimaiyyətinə qarşı hörmətsizlikdir. Nə baş verib ki, 2006-ci ildən davamlı olaraq ən yüksək səviyyədə dövlət dəstəyi alan media orqanı birdən-birə siyahıdan kənarlaşdırılır? Bu qərarın qəzetin təsisçiləri ilə bağlı baş verənlərlə əlaqəsi varmı? Yaxud, KİVDF rəhbərliyindən bu qəzetə yardımın dayandırılması tələb olunubmu? Fond rəhbərliyi bu sualara cavab verməyə borcludur.
    Bununla belə "Kaspi" qəzetinin fəaliyyətini və lazımlılığını çox da şişirtməyə dəyməz. O, müəyyən layihələri ilə digər nəşrlərdən yaxşı mənada fərqlənsə də, ümumilikdə oxucu kütləsinin axtarıb pul verdiyi nəşr deyil. Çap mediası tamamilə KİVDF-nin nəzarətinə keçdikdən sonra bu qəzet də başqaları kimi olan-qalan oxucularını itirib. Satış demək olar yox səviyyəsindədir, amma təsisçilərin inzibati gücü, əlaqələri hesabına üç min tirajla abunə yolu ilə yayılıb. Bu işdə təsisçilərə məxsus "Azərmətbuatyayım" firması da müstəsna rol oynayıb.
    Sona Vəliyevanın bəyanatından görünür ki, dövlət dəstəyinin kəsilməsi ilə 100 nəfər kollektivi olan (Kollektivin Prezidentə müraciətində bu rəqəm ümumilikdə 50 göstərilmişdi, Sona xanım 100 nəfərdən söhbət açır -müəll.) qəzet bağlanacaq, jurnalistlər işsiz qalacaq. Təsisçi ümid edir ki, Prezident və Birinci-vitse-prezident buna imkan verməyəcəklər, tarixi ənənələri olan, "üç əsrin" qəzeti yaşayacaq. Bunu ancaq ölkə rəhbərliyi edə bilər. Amma sual olunur: Hörmətli Əli Həsənov, Sona Vəliyeva dövlət dəstəyi olmadan bunu edə bilməzlərmi? Maddi imkanları çatmazmı, bu tarixi ənənələri olan qəzeti yaşatmağa? Sona Vəliyevanın bəyanatında bu barədə bir neçə cümlə var: "Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki, zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın". Sona xanım göstərir ki, qəzetin yaşaması üçün fədakarlıq etməyə hazırdırlar, amma bu iztirablı yolun ağırlığı maaşsız, qonorarsız çalışacaq kasıb jurnalistlərin çiyinlərinə düşəcək. Burası aydındır, bəs "Kaspi" təsisçilərinin məhrumiyyəti nədən ibarət olacaq? Sona Vəliyevə bunu aydınca ifadə edib: təsisçilikdən imtina edə bilər!...
    Bəyanatdan göründüyü kimi, təsisçi ölkə rəhbərliyindən pul, qəzetin kollektivindən isə könülü məhrumiyyət, fədakarlıq umur. Bəs bütün qazancı, sərvəti, nəhəng biznesi dövlətin media siyasətindən çıxmış Əli Həsənovun özü niyə tarixi "Kaspi" qəzeti, onsuz da qəpik-quruşa işlətdikləri jurnalistlər üçün çiynini yükün altına vermək istəmir? Bu ailənin biznes imperiyası, nəhəng gəlirləri, əllərində olan milyonluq mülklər hamıya məlumdur. Məsələn, elə "Kaspi" qəzetinin redaksiyasının yerləşdiyi nəhəng binanın onlarla media orqanı, şirkət, o cümlədən KİVDF-nin timsalında dövlətə yaxşı qiymətə icarəyə verilməsindən əldə olunan babat gəlirin cüzi hissəsini qəzetin nəşrinə xərcləmək olmazmı? Yaxud, milyonlarla dövriyyəsi olan "Xətai" estetik klinikasının, ölkədə özəl təhsil bazarında ən böyük payçılardan olan "Kaspi" Təhsil Şirkətinin nəhəng dövriyyəsindən 10-15 min manat qıymaq mümkün deyilmi? Yoxsa vaxtilə reklam bazarından axıdılıan irimiqyaslı vəsaitlərin ünvanı olan "Xəzər" telekanalının bu cüzi vəsaiti ödəmək imkanı yoxdur? Başqa bilinən və bilinməyən gəlirlərə sahib olan, məmur oliqarxiyasının sıralarında önəmli yer tutan milyonçu ailə niyə öz qəzetini saxlamaq istəmir? Bu işi elə cənab Həsənovun hamıdan çox və tez-tez vurğuladığı "Prezidentə, dövlətçiliyə sədaqətli xidmətin" real bir nümunəsinə çevirmək olmazmı? YOXSA BU “SƏDAQƏT” CƏMİ 20 MİN MANATIN AĞIRLIĞINA DÖZMƏYƏRƏK, ÇAT VERDİ?!



    Təsisçilərin əsas iradı, qəzəbi KİVDF rəhbərliyinə qarşı yönəlib. Bu təşkilatın idea müəllifi, onu yaradan, formalaşdıran şəxs Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Fonda Vüqar Səfərlinin sədr təyin olunması da onun təklifi ilə baş tutub. Qurumun faktiki idarəçiliyi - vəsaitlərin, yardımların, mükafatların, mənzillərin bölünməsi, xarici səfərlərin təşkili, orada kimlərin iştirak edəcəyinə qədər hər şey hörmətli Əli müəllimin nəzarətində olub. İndi onun xanımı Sona Vəliyevanın dönüb keçmiş işçisinə qəzəblənməsi başadüşülən deyil. Onlar bilmirlər ki, bu qərar niyə, hansı səbəbdən verilib, onu dəyişmək müşkül məsələdir? Əlbəttə bilirlər, amma Fondun son qərarında o qədər ziddiyətlər, günün tələbi ilə uyuşmayan məsələlər var ki, görünür, onlardan yapışmaqla etirazı pərdələmək daha asan gəlib. Sona Vəliyeva bəyanatında Fondun 14 il davam edən effektsiz xərcləmələrini bu şəkildə qınayıb: "Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, Prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər". Bu fikirlərlə Sona xanım “Kaspi”nin maliyyələşdirilməsinin dayandırılması qərarının Prezidentə məxsus olduğunu iddia edir. Amma ardınca da bu qərara etiraz edir. Təsisçi KİVDF-dən əvvəl ad çəkmədən "bu addımı atan məmurlar" ifadəsi işlədir. Bu məmurlar kimlər ola bilər, onlar harada əyləşirlər? Əlbəttə, başqa ünvan axtarmaq mənasızdır, söhbət Əli Həsənovun ötən ilin dekabrında tərk etdiyi Prezident Administrasiyasında medianı kurasiya edən şəxslərdən gedir. Hələlik strukturlar tam formalaşmadığından onların adları, fəaliyyətləri cəmiyyətə məlum olmasa da, görünür, Sona xanım onları yaxşı tanıyır. Ona görə qəzəbinin bir hissəsini bu istiqamətə yönəldib ittihamlar yağıdırır.
    İkinci qınaq ünvanı KİVDF rəhbərliyidir, konkret ifadə olunur ki, Fond "Kaspi"-ni bağlanmağa məcbur edir, amma heç bir tarixi və ənənəsi olmayan qəzetləri yaşadır. Bununla qurumun fəaliyyətinə əslində yaxşı qiymət verilir. Amma bir mühüm nüans əlavə olunmur: heç bir tarixi və ənəsi olmayan qəzetləri yağ-bal içində üzdürən KİVDF, Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıd olan, müstəqil jurnalistikanın məktəblərini də siyahıdan kənarda qoyub. Onlar Əli Həsənovun həyata keçirdiyi media siyasəti nəticəsində artıq çoxdan media məkanında yoxdurlar. Sona xanımın KİVDF ilə bağlı dediyini böyük etiraflar adlandırmaq olar. Çünki 14 ildə Fondun işi cəmiyyətin maraqlarına xidmət edən peşəkar, vicdanlı, müstəqil medianı sıxışdırıb onların yerinə gərəksiz, makulaturadan başqa heç nəyə yaramayan nəşrələri maliyyələşdirmək, elementar jurnalistika bacarığı olmayan redaktorları varlandırmaqdan ibarət olub. Dövlətin milyonlarla vəsaiti israf olunub, ondan nə hakimiyyət, nə cəmiyyət heç bir fayda görməyib.
    Bununla belə, KİVDF-nin son maliyyə bölgüsü göstərdi ki, bu "ənənələr" hələ də yaşayır. Bilavasitə dövlətin media siyasətindən başlayan islahatlar bu qurumdan yan keçib. Pul bölgüsündə, Sona Vəliyevanın ifadə etdiyi kimi, heç bir əhəmiyyəti olmayan nəşrlər başda əyləşdiriliblər. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) orqanı, əsas fəaliyyəti dövlət agentliklərinin rəsmi məlumatlarını kopyalayıb səhifələrinə yerləşdirməkdən ibarət olan "Yeni Azərbaycan" qəzetini götürək: Bu qəzetə ayda 20 min manat pul veriləcək, bu, ildə 240 min manat edir. Bu vəsaiti niyə YAP yox, dövlət ödəməlidir? Hakim partiya ötən il elan edib ki, 9 milyon manat vəsait toplayıb. Bu nəhəng rəqəmdən qəzetə 240 min manat vermək çoxmu müşkül məsələdir? Yaxud, 750 minlik YAP ordusunun 2-3 faizi öz qəzetlərini niyə almaq istəməsin ki? Bu iş təşkil olunsa, rəhbərlik də səxavətli olsa, "Yeni Azərbaycan"-nın kollektivi yaxşı maaş, qonorar alar. Eyni qaydanı hakim partiyanı müdafiə edən "Səs" qəzetinə də aid etmək olar. Ölkənin birinci partiyasının cəmi iki qəzeti yaşatmağa imkanı yoxdursa, bu qəzetlərdən imtina olunmalıdır. Onsuz da oxucu onlardan çoxdan imtina edib.



    İctimaiyyət Vüqar Səfərliyə məxsus olan, adı yardım siyahılarının başında duran "Mövqe" qəzeti ilə bağlı səxavətin səbəbini də sorğulayır. Nəyə görə, hansı meyarla, hansı xidmətlərinə görə, bu redaksiya dövlətdən ən böyük pay alır? Bircə cavab var - Fond rəhbərliyinin qəzetidir, ona görə. Və bu cümlənin bütün ifadəsi KİVDF-də korrupsiyanın səviyyəsini göstərir.
    Ötən ilin sonunda həyata keçirilən struktur və kadr dəyişiklikləri media siyasətində də yeniliklərin olacağına dair ümidlər yaratmışdı. Gözləntilər vardı ki, KİVDF-nin qıcıq doğuran, ədalətsiz, qeyri-şəffaf bölgülərinə, müsabiqələrinə son qoyulacaq, həqiqi inkişafı stimulladıracaq addımlar atılacaq. Amma təəssüf ki, fevralın 2-də məlum oldu ki, hələlik media ictimaiyyəti KİVDF rəhbərliyi ilə Əli Həsənov arasındakı pul çəkişməsini izləməli olacaq.
    Rasim ƏLİYEV 

    Oxunub: 559
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.