Ermənistan Təhlükəsizlik Şurası təcili toplandı -
KTMT-yə müraciət edilir
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.
“nevs.am” saytı bildirir ki, Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşən Qaragöl gölü ətrafında yaranan vəziyyət müzakirə olunub.
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan iddia edib ki, Azərbaycan əsgərləri sərhəd xəttini keçərək ölkənin içərilərinə doğru bir neçə kilometr irəliləyib.
Ermənistan mətbuatı yazır ki, Təhlükəsizlik Şurası yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi şəkildə müraciət edəcək.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: