Ukraynada hökumət böhranı -
nazirlər istefa verdi
Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli öz istəkləri ilə istefa ərizəsi yazıblar.
Bu barədə hakim “Xalqın xidmətçisi” partiyasından məlumat verilib.
Məlumata görə, deputatların istefa ərizəsi Ali Radaya daxil olub. “Xalqın xidmətçisi” partiyasından verilən məlumata görə, istefaya səbəb Ukrayna Prezidentinin onların fəaliyyətindən narazı qalmasıdır.
Mayın 17-də “Xalqın xidmətçisi” fraksiyası yığışaraq nazirlərin istefa məsələsinə baxacaq. Mayın 18-də isə bu məsələnin Ali Radanın iclasına çıxarılacağı gözlənilir./modern.az
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: