ABŞ Çinlə çəkişmədə Avstraliyanı dəstəkləyəcək -
Bəyanat
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken bəyan edib ki, Birləşmiş Ştatlar Çinin iqtisadi təzyiq göstərdiyi dövrdə «Avstraliyanı tək qoymayacaq».
«Mən, təsdiqlədim ki, Birləşmiş Ştatlar Avstraliyanı tək qoymayacaq və ya demək olar, Çin tərəfindən göstərilən iqtisadi məcburiyyət qarşısında onu təkbətək buraxmayacaq» - Blinken Avstraliya XİN başçısı Mari Peyn ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın müttəfiqlərinə yönəlik Çinin belə siyasəti ABŞ-Çin münasibətlərinin yaxşılaşmasına xidmət etməyəcək.
«Biz, açıq şəkildə anlatdıq ki, bizim yaxın həmkar və müttəfiqlərimizə qarşı belə hərəkət bizim Çinlə öz münasibətlərimizin yaxşılaşmasına mane olacaq» - Blinken deyib.
Bundan əvvəl Çin Avstraliya ixracına yönəlik bir sıra ticarət saksiyası tətbiq edib (şərabdan tutmuş, kömürə qədər).