İran Səudiyyə Ərabistanına sövdə təklif edib - Husilərin hücumu əvəzinə neft
İran bölgəsel rəqibi Səudiyyə Ərəbistanını inandırmağa çalışır ki, bu ölkə İranın xam neftini beynəlxalq bazarlarda satmağa kömək etsə, əvəzində Tehranla əlaqəli olan Yəməndəki üsyançı-husilərin Səudiyyənin neft infrastrukturuna hücumların dayandırılmasına nail ola bilər.
Bu barədə İraqın rəsmi şəxslərinə istinadla (bu ölkə Bağdada İran və Səudiyyə arasında birbaşa danışıqların aparılması üçün meydança təqdim edib) mayın 13-də «Middle East Eye» analitik-informasiya portalı (mənzil-qərargahı Londondadır) xəbər verib.
Hazırda İran nüvə sazişini imzalamış (2015) tərəflərlə, həm də dolayısı ilə Birləşmiş Ştatlarla danışıqlar aparır. Hər iki halda eyni məqsəd güdülür - Vaşinqton və Tehranın İslam Respublikasının nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planına (BHFP) qayıtması.
ABŞ 2018-ci ilin mayında bu sazişdən çıxıb və İrana qarşı sərtliyi ilə misli görünməmiş sanksiyalar (o cümlədən, onun neft ixracına) tətbiq edib.
Ər-Riyad isə çalışır ki, “Saudi Aramco” dövlət şirkətinin neft obyektlərində husilər tərəfindən törədilən patlayışlara son qoyulsun.
Ötən ay Səudiyyə Ərəbistanı və İran İraqda birbaşa danışıqlar aparıblar. O zaman bu barədə Britaniyanın «Financial Times» qəzeti xəbər vermişdi. Bildirilirdi ki, danışıqlar hər şeydən əvvəl Yəməndəki müharibəyə və Səudiyyənin neft obyektlərinə hücumların artmasına həsr olunub.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: