İran Səudiyyə ilə münasibət qurmaq niyyətindədir -
XİN başçısı bəyan edib
İran İslam Respublikasının (İİR) xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 12-də bəyan edib ki, Tehran Ər-Riyadla yaxınlaşmağa hazırdır. Məlumdur ki, İranın bu ölkə ilə tarixi baxımdan münasibətləri xeyli mürəkkəbdir.
Bu barədə «Associated Rress» agentliyi xəbər verib.
«Biz, müəyyən mənada Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malik olmağa hazırıq və həmişə də hazır olmuşuq» - Zərif Dəməşqdə jurnalistlərə bildirib.
Bu yaxınlarda Bağdad təsdiqləyib ki, ötən ayda İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlarda vasitəçi rolunda çıxış edib. Tərəflər «bir neçə dəfə» danışıblar və bundan sonra təmaslar davam edib. Bundan əvvəl Səudiyyə Ərəbistanının vais şahzadəsi Məhəməd bin Salman Səudiyyə televiziyasına müsahibəsində bəyan edib ki, Ər-Riyad İranla xoş münasibətlərə ümid edir. Ardınca İran XİN şahzadənin belə bəyanatını təsdiqləyib.
Müşahidçilər qeyd edirlər ki, İran və Səudiyyə Ərəbistanı çoxdan bölgəsel səviyyədə rəqabət aparırlar və Yəmən və Suriya münaqişələrinə yönəlik fərqli mövqe tuturlar.
2016-cı ildə iki ölkənin münasibətləri xüsusilə pisləşib. O zaman Tehranda nümayişçilər Səudiyyə səfirliyinə hücum etdiklərinə görə Ər-Riyad İranla diplomatik əlaqələri kəsib. Hücum şiə vaiz Nimr ən-Nimranın edam edilməsinin qisası kimi dyərləndirilib.