102-ci bazanın bölmələri Zəngəzura atılır - erməni KİV

Gümrüdəki 102-ci bazanın qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına atılır.
Bu məlumatı “Verelq” saytı öz mənbələrinə istinadən yayıb.
“Çoxları mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun Ermənistana gəldiyini gözdən qaçırdı. O, artıq müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib. 102-ci baza Dvornikova tabedir. O bu bazanın fəaliyyətini koordinasiya edir”.
Qeyd edək ki, 102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi./axar.az
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: