Gürcülər və svanlar azərbaycanlılara hücum edir - Vəziyyət pisləşdi /VİDEO

Dünən vaxtilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.
Hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.
Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.
Videoda görünür ki, gürcülər azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar./bakupost
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: