“O, bir dahidir, Stiv Cobsla müqayisə oluna bilər...”-
Çinin nüfuzlu texnologiya yazarı
Çinin populyar texnologiya yazarı Son Yi Çanq “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin yaradıcısı, “Baykar Teknik” şirkətinin rəhbəri Selçuk Bayraktarı “dahi” adlandırıb. Son Yi Çanq Çinin CCTV dövlət televiziyasının “Müharibə texnologiyaları” proqramında çıxışı zamanı Selçuk Bayraktarı “Apple” şirkətinin qurucusu Stiv Cobsla müqayisə edib.
“Döyüş pilotsuz təyyarələri sahəsində Türkiyədə bir dahi meydana çıxdı. “Bayraktar”ın döyüş pilotsuz təyyarələri sahəsindəki mövqeyi Stiv Cobsun ağıllı telefonlar texnologiyalarındakı mövqeyi ilə müqayisə oluna bilər. Selçuk Bayraktarın “Bayraktar”larla bu sahədəki nailiyyəti Cobsun ağıllı telefonlar sahəsinə girməsi və sonradan bu sahədə ilk sıraya girməsinə bənzəyir”,-çinli yazar bildirib.
Son Yi Çanq proqramda “Bayraktar”ların necə meydana çıxdığı haqda geniş danışıb. Selçuk Bayraktarın ABŞ-ın Massaçustes Texnologiya Universitetində proqram təminatı və elektron sistemlər sahəsində mühəndis kimi ixtisaslaşdıqdan sonra ölkəsinə dönərək Türkiyəni pilotsuz uçan aparatlar sahəsində dünyanın ən qabaqcıl ölkələri sırasına gətirib çıxardığını deyib.
O, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin o cümlədən Qarabağ müharibəsində oynadığı roldan bəhs edib./virtualaz.org