ABŞ Azərbaycanla bağlı xəbərdarlığı “qırmızı” səviyyəyə qaldırdı -
DTX münasibət bildirdi
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə edir.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumatda Azərbaycana səyahət edənlərin xəbərdarlığını ən yüksək 4-cü (qırmızı) səviyyəyə qaldırıb.
Dövlət Departamenti ABŞ vətəndaşlarının Azərbaycana getməməsinə səbəb kimi koronavirus pandemiyası və terror ehtimalını göstərir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin xəbərdarlıöğına Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cavab verib. DTX-nın İctimai əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır: “Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.