Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT...- Daha bir şöbə rəisi kabinetində həbs olundu /Yenilənib
  • BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT - Həbs olunanlar var
  • “HAMISI RÜŞVƏT PULLARIDIR!” – Deputat 450 minlik maşın alan Qazaxın İH başçısını və... /İTTİHAM
  • Bakı Baş Gömrük İdarəsində həbslər davam edir - Daha 3 vəzifəli şəxs saxlanıldı
  • Rüşvət üstə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur - TƏFƏRRÜAT /FOTO
  • “MƏSƏLƏ ÇOX CİDDİDİR, HEÇ KİMƏ GÜZƏŞT EDİLMƏYƏCƏK”- "Bu gömrük sistemi Azərbaycana ziyan vurur, odur ki..."

    • Tarix: 21-05-2021, 12:05

    "Kölgə iqtisadiyyatı" olmasaydı, monopoliya da olmazdı"




    Vahid Əhmədov: “Yeddi icra başçısı saxlanılsa da, bəzi rayonlarda korrupsiya, rüşvət qalır...”

    Mayın 18-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirdi. Əməliyyat nəticəsində korrupsiya və rüşvətin yer aldığı bu qurumda bir neçə nəfər həbs olundu.

    Ümumiyyətlə, sahibkarların və sıravi vətəndaşların Dövlət Gömrük Komitəsindən narazılıqları yeni xəbər deyil. Gömrük sistemində həyata keçirilən son əməliyyat əhalidə belə fikir yaradır ki, nəhayət bu qurumda da qanun işləməyə başlayacaq və təkcə rüşvət, korrupsiya deyil, eyni zamanda məmur oliqarxiyası və monopoliyaya da ağır zərbə vurulacaq.
    Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Azpolitika-ya müsahibəsində məhz bu mövzudan bəhs edib. Həmin müsahibəni təqdim edirik. 

    - Vahid müəllim, iki səhiyyə müəssisəsinin baş həkimlərinin və Şəmkir rayon İcra Hakimiyyətinin başçısının saxlanılmasından qısa müddət sonra Bakı Baş Gömrük İdarəsində də əməliyyat keçirildi. Bunu korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsi kimi qiymətləndirmək olarmı?

    - Dövlət başçısı korrupsiya ilə bağlı sözünü deyib, mövqeyini ortaya qoyub. Açıq elan edib ki, korrupsiya bu millət və dövlət üçün bir yaradır, ondan xilas olmaq lazımdır. Bəzən bu sözlərə fikir vermirlər. Xüsusilə də icra başçıları, o cümlədən mərkəzi icra orqanları və s. Başqa sözlə, öz işlərindədirlər.
    Yeri gəlmişkən, onların əksəriyyətinin maaşları da artırıldı ki, bu qara işlərdən əl çəksinlər və korrupsiya ilə məşğul olmasınlar. Ancaq görünən budur ki, onlar öyrəşiblər və bu əməllərindən əl çəkmək istəmirlər. Lakin bu məsələ həllini tapmalı, kimliyindən asılı olmayaraq belə hərəkətlərə yol verənlər qanun qarşısında cavab verməlidirlər.

    Məsələ çox ciddidir və məndəki məlumata görə, bu məsələdə dövlət başçısı heç kimə güzəştə getməyəcək. Bu vaxta qədər nə olub, nə olmayıb, bunların da haqq-hesabı çəkiləcək.
    Hazırda dövlət qulluğunda olan insanlar üçün bütün şərait yaradılıb ki, işləsinlər, əhaliyə xidmət göstərsinlər. Ancaq baxın görün nə qədər icra başçısı həbs etdilər.
    Bizə məlumatlar gəlir ki, rayonların əksəriyyətində korrupsiya və rüşvət halları mövcuddur, insanları incidirlər. Bələdiyyə sədrini, icra nümayəndəsini təyin edərkən rüşvət alırlar və s. Belə hallar var. Əlbəttə, bunlar birdən-birə olmasa da, tədricən aradan qalxacaq.

    - Sizcə, gömrükdə həyata keçirilən həbslər nədən xəbər verir?

    - Aldığım məlumata görə, orada birgə əməliyyat keçirilib. Həm Dövlət Gömrük Komitəsi, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu prosesdə iştirak edib.
    Görünür, orada da insanlar çirkin əməllərə əl atıblar, rüşvət və korrupsiyaya bulaşıblar. Yəqin ki, Dövlət Gömrük Komitəsi də bununla əlaqədar ətraflı məlumat verər.

    - Hazırda korrupsiyanın və rüşvətxorluğun qarşısını almaq üçün görülən tədbirləri necə qiymətləndirmək olar, nəticə baxımından aparılan işlər real vəziyyətə adekvatdırmı?

    - Mən diqqət edirəm. Korrupsiayaya Qarşı Mübarizə İdarəsində ciddi işlər gedir. Kamran Əliyevin rəhbərliyi altında prokurorluq ciddi tədbirlər həyata keçirir. O cümlədən Əli Nağıyevin rəhbəliyi ilə Dövlət Təhlükəsizlik Xidməti bu işlərlə məşğuldur, korrupsiyanın qarşısını almaq, belə əməlləri ifşa etmək məqsədilə addımlar atılır. Əlbəttə, cinayət olan yerdə mütləq cəza da olmalıdır. Əgər cinayət etmisənsə, kimliyindən asılı olmayaraq cəzanı almalısan.

    - Sizcə məmurlar niyə dayanmır, nədən aparılan həbslərdən nəticə çıxarmırlar?

    - Mən sizə deyim. Onlar arxayındırlar ki, heç bir şey olmayacaq. Yəni etdiklərinə görə cəza almayacaqlarına əmindirlər. Ancaq elə deyil, səhv düşünürlər. 
    Hamısı nəzarətdədir, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, baxılır. Bizə də informasiyalar daxil olur. Şəxsən mən çox rayonlardan məlumat alıram. Çoxu bu tədbirlərdən nəticə çıxarmır. Düşünür ki, bir neçə icra başçısını tutdular və bununla da məsələ qapandı.
    Belə bir şey yoxdur. Bununla qurtarmaq lazımdır. Dövlət başçısı qərar veribsə, bu addımlar atılırsa, deməli hər şeyi hesablayıb, götür-qoy edib, sonda da qərar verib. Bu saat Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çox böyük işlər gedir.



    - Vahid müəllim, əvvəllər iki problem qabarıq formada özünü göstərirdi və xüsusilə sahibkarlarda ciddi narazılıq yaradırdı. Söhbət vergi sistemində və gömrükdə olan özbaşınalıqlardan gedir. Son həbslər gömrükdə olan acınacaqlı durumun yaxşılaşdırılması baxımından nə dərəcədə effektiv ola bilər?

    - Əvvəla, qeyd edim ki, vergi sistemində qayda-qanun yaradılıb. Əvvəllər mən vergi xidməti ilə bağlı kifayət qədər çox şikayətlər alırdım. Bunu da mətbuata açıqlayırdım. Sonradan Mikayıl Cabbarov bu quruma rəhbərliyə gətirildi və insaf naminə qeyd edək ki, bu sistemdə qayda-qanun yaratmağa nail oldu.
    İndi vergi sistemində şəffaflıq yaradılıb, sahibkarlar şəffaf şəkildə işləyirlər və hər hansı bir problem yoxdur.
    Gömrük sistemində də müəyyən addımlar atılıb. Ancaq hadisələr götərir ki, daha çox işlər görülməlidir. Aldığım məlumata görə, Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatda Dövlət Gömrük Komitəsi də iştirak edib. Biz başa düşməliyik ki, bu sistem Azərbaycana ziyan vurur.
    Həm Ümumi Daxili Məhsula zərər verir, həm də iqtisadiyyatı kölgə altında saxlayır. Odur ki, bu sistem tədricən aradan getməli və şəffaflıq təmin olunmalıdır. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək.

    Həmçinin, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması üçün işlər görülməlidir. Sözsüz ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” mövcuddur. Əgər olmasaydı monopoliya da olmazdı.
    Hesab edirəm ki, monopoliya da var və biz onu da sona çatdırmalı, ləğv etməliyik. Eyni zamanda, Rəqabət Məcəlləsini qəbul etməliyik. Bu problemlər var və öz həllini də tapacaq. Görünür, bunun üçün müəyyən zamana da ehtiyac var.

    - Vahid müəllim, icra başçılarını, baş həkimləri, gömrük məmurlarını həbs edirlər, amma korrupsiya və rüşvət aradan qalxmır. Başqa hansı tədbirlər görülməlidir ki, sıravi vətəndaş effektiv nəticələri görə bilsin?

    - Bütün bunları birdən-birə həll etmək asan məsələ deyil. Təbii ki, çoxları bunların bir gündə həll edilməsini istəyirlər. Başadüşüləndir. İşlər aparılır, amma zaman da lazımdır. Baxın, yeddidən çox icra hakimiyyəti başçısı saxlanılıb, lakin bəzi rayonlarda korrupsiya, rüşvət, neqativ fəaliyyət davam edir. Bu rayonların icra başçıları ilə bağlı cinayət işləri də var. Biz bu məsələdə nə qədər irəli getsək, bir o qədər yaxşı olar.
    “Kölgə iqtisadiyyatı”, monopoliya aradan qaldırılar. Problemlərin həlli üçün müəyyən qərarlar və qanunlar qəbul olunub və biz belə qanunları qəbul etməkdə davam edirik.

    - Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev işdən çıxarıldı və onu Teymur Musayev əvəz etdi. Bu kadr dəyişikliyi səhiyyə sistemindəki problemlərin həllinə hansı təsirlər göstərə bilər?

    - Oqtay Şirəliyev haqqında müəyyən sözlər deyirlər. Amma o da təcrübəli adam idi. Mənim onunla tanışlığım var idi, Quba və digər regionlarla bağlı görüşlərim olmuşdu. Teymur Musayev də təcrübəli kadrdır. Baş həkim kimi özünü yaxşı mənada göstərib, digər mühüm postlarda olub. Bu sahəni bilən müətəxəssisdir.
    Bu saat əsas kadrlar idarəetmə sistemini təkmilləşdirmək üçün irəli çəkilən mütəxəssislərdir. Diqqət edirsinizsə, İqtisadiyyat Nazirliyində, Vergi Xidmətində, Əmlak Komitəsində və digər sahələrdə irəli çəkilən mütəxəssislər korperativ idarəetməni bilirlər. Bunu biləndə idarə etmək də asan olur.
    Ümid edirəm ki, bütün bunlar korrupsiyanı aradan qaldırmağa, idarəetməni inkişaf etdirməyə kömək edəcək.

    - Diqqət çəkən mühüm bir addım SOCAR-da Müşahidə Şurasının yaradılması oldu. Sizcə, bu şura hansısa müsbət nəticələrə nail olacaqmı?

    - Əslində, yalnız SOCAR-da deyil, bir çox qurumlarda müşahidə şuraları yaradılıb. Bu da həmin şirkətlərdə olan bəzi problemləri həll etmək baxımından əhəmiyyətlidir.
    Müşahidə şuraları həm maliyyə nəzarəti mexanizmini həyata keçirəcək, həm kadr siyasətinə baxacaq, həm də digər məsələləri həll edəcək. Müşahidə Şurası iri dövlət qurumlarında ildə bir neçə dəfə toplaşaraq vəziyyətə nəzarəti həyata keçirəcək, müəyyən maliyyə, kadr təhlilləri aparacaq və qərarlar qəbul edəcək.

    - Bu şuralar böyük dövlət şirkətlərində maliyyə yeyintilərinin qarşısını ala biləcəkmi?

    - Əlbəttə, bunlar bir-birilə bağlı məsələlərdir. Əksər dövlət qurumlarında belə şuraların yaradılması alqışlanmalı addımdır. Ümid edirik ki, onların fəaliyyəti nəticəsində böyük irəliləyişlər, müsbət nəticələr əldə olunacaq.

    Rasim Əliyev

    Oxunub: 367
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.