İsrail 11 günlük müharibə zamanı məhv etdiklərini açıqladı:
"25 HƏMAS vəzifəlisi, 5 bank, 9 bina..."
İsrail Fələstinə qarşı gerçəkləşdirdiyi “Divar gözətçisi” əməliyyatı zamanı məhv etdiyi obyektlərin siyahısını təqdim edib.
Xarici KİV xəbər verir ki, İsrail ordusu 11 günlük əməliyyat zamanı HƏMAS-ın tunellərinin 100 kilometrlik hissəsini, terrorizmə sponsorluq edən 5 bankın, 9 yüksək mərtəbəli binanın dağıdıldığını açıqlayıb.
Həmçinin 25 yüksək vəzifəli HƏMAS nümayəndəsinin, eləcə də 200 HƏMAS döyüşçüsünün məhv edildiyi bildirilib. Qəzzadan atılan raketlərin 90%-nin Dəmir Qübbə tərəfindən havadaca zərərsizləşdirildiyi də qeyd edilib.
Qeyd edək ki, İsrail bu gecə saat 02:00-dan birtərəfli atəşkəs elan edib.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: