“Virusdan ölənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çox ola bilər”- ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə bağlı vəfat edənlərin sayı indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə çox ola biləcəyini bəyan edib.
Bu barədə “Reuters” agentliyi xəbər verir.
Təşkilatın illik hesabatına görə, 2020-ci ildə pandemiya səbəbindən ölənlərin ümumi sayı ən azı 3 milyon nəfərə çatıb. Bu da rəsmi rəqəmlərdən 1,2 milyon nəfər çoxdur.
ÜST-nin baş direktorunun məlumat, analitika və nəticələrin qiymətləndirilməsi üzrə köməkçisi Samirə Asma ölü sayının rəsmi rəqəmlərdən çox olma ehtimalını təsdiq edib.
O bildirib ki, pandemiyadan ən çox ölüm halları Latın Amerikası ölkələrində və Asiyada qeydə alınıb: “Rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək ölənlərin sayının 6-8 milyon arasında olması mümkündür”.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: