Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Bu gecə Qəzzadan İsrail ərazisinə 90 raket atılıb - İsrail MN
  • Co Bayden İsrail-Fələstin münaqişəsinin nizamlanması planından danışıb
  • İsrail ordusu HƏMAS-ın mövqelərinə zərbələr endirdi
  • "Bir həftədə Qəzzadan İsrailə 3150 raket atılıb, 460-ı öz ərazilərinə düşüb" - İsrail MN
  • BMT Təhlükəsizlik Şurası İsrail-Fələstin münaqişəsini müzakirə edəcək
  • “REGİONDA SABİTLİK İRANIN DƏSTƏYİ İLƏ POZULUR”- “Onların məqsədi İsraili tamamilə məhv etməkdir”

    • Tarix: 22-05-2021, 11:55



    Doron Peer: “Bu münaqişə dini xarakter daşımır, biz hamı ilə sülh şəraitində yaşamaq istəyirik”

    Son günlər Qəzza bölgəsində baş verənlər, İsrail-Fələstin münaqişəsinin yenidən hərbi qarşıdurma fazasına keçməsi, nəticədə dinc sakinlərin və xüsusən uşaqların həlak olması bütün dünyada narahatlıq və həyəcan yaradıb.
    Belə bir şəraitdə sülh çağırışlarına, təşəbbüslərinə daha çox ehtiyac yaranıb. Vəziyyət dramatik olsa da, münaqişə tərəfləri sülhə hazır olduğunu bəyan edir.
    İsrail Dövlətinin Azərbaycandakı missiya rəhbərinin müavini Doron Peer ilə müsahibəmizdə də Təl-Əvivin mövqeyini ayadınlaşdırmağa çalışdıq. Fələstinlə sülh danışıqlarının, Azərbaycanın vasitəçilik imkanlarının perspektivinə İsrailin baxışını müzakirə etdik.

    -Cənab Peer, Qəzza bölgəsində nə baş verir? Hazırda dünya mətbuatının bir hissəsi gərginliyin İsraillə HƏMAS arasında olduğunu yazsa da, digər tərəf bunun İsrail-Fələstin münaqişəsinin növbəti dalğası adlandırır. 
    Həmçinin, qeyd edilir ki, bu gərginliyin əsas səbəbi İsrailin daxili siyasi prosesləri ilə bağlıdır. Bəzi siyasi qüvvələr məqsədli şəkildə gərginliyin yaradılmasında maraqlı olub...

    -Qəzza bölgəsində baş verənlər həm israillilər, həm də fələstinlilər - bütün mülki əhali üçün faciədir. Bu günlərdə həm HƏMAS, həm də İslami-Cihad təşkilatı tərəfindən İsrailin müxtəlif şəhərlərinə 4 mindən artıq raket atılıb, hava zərbələri endirilib. Onlar mülki əhalidən qalxan kimi istifadə edirlər. Hər iki tərəfdən insanlar terrorun içində yaşayır.
    Təəssüf ki, HƏMAS üzvləri silah-sursat, raket və hərbi qərargahlarını yerləşdirmək üçün uşaq bağçalarından, məktəb, xəstəxana və yaşayış binalarından istifadə edirlər.
    HƏMAS bir yandan İsrailin dinc əhalisini zərbə altında saxlayır, digər yandan öz əhalisini təhlükəyə atır. Bildiyiniz kimi HƏMAS əldə etdiyi vəsaitləri məktəblərin, xəstəxanaların tikintisinə deyil, silah-sursat, raket almağa, yeraltı tunellərdən terror üçün istifadəyə xərcləyir.

    Bu günlərdə HƏMAS Qəzza zolağına hümanitar yardım daşıyan yük karvanını raket atəşinə tutub. Hansı ki, həmin yardım humanitar böhrandan əziyyət çəkən əhali üçün nəzərdə tutulmuşdu. İsrail dəfələrlə danışıqlara, münaqişənin həll yollarının tapılmasına çalışıb. Təəssüf ki, hər dəfə bu cəhdləri nəticəsiz qalıb.
    Bunun əsas səbəbi HƏMAS və İslami-Cihad təşkilatlarının bu danışıqlardan imtina etməsi olub. Onlar bu cür təşəbbüslərə həmişə müqavimət göstərib. Bu təşkilatlar öz maraqlarıından istifadə etməklə həm israillilərin, həm də fələstinlilərin həyatını məhv edib. Onların bir məqsədi var: İsraili tamamilə məhv etmək. Bütün fəaliyyətləri sırf buna yönəlib.
    Təsəvvür edin ki, kimsə öz siyasi maraqları üçün İsrail əhalisinin üzərinə 4 mindən artıq raket atır.

    -Bu raketləri, silah-sursatı almaq üçün vəsait HƏMAS-da hardandır?

    -Heç kim üçün sirr deyil ki, bu vəsaitin böyük hissəsi İrandan gəlir. İran həm açıq, həm də gizli şəkildə HƏMAS-ı maliyyələşdirir. Bir neçə beynəlxalq təşkilat tərəfindən məktəblərin, xəstəxanaların tikintisi, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün layihələr nəzərdə tutulmuşdu.
    Amma HƏMAS bu vəsaitlərdən başqa məqsədlər üçün istifadə edib. Həmin təşkilatlar bunu öz hesabatlarında da açıqlayıblar.

    -Yəni, deyirsiniz ki, bu, İsrail-Fələstin deyil, İsrail-HƏMAS münaqişədir?

    -Bəli, bu, HƏMAS-la olan münaqişədir. Bizim Fələstin xalqına qarşı heç bir pis niyyətimiz yoxdur və onlara qarşı çıxmırıq. Bu münaqişə dini xarakter daşımır. Biz hamı ilə sülh şəraitində yaşamaq istəyirik.



    -Azərbaycanda Fələstin-İsrail münaqişəsinin yenidən alovlanmasını, dinc insanların həlak olmasını narahatlıqla izləyirlər. İstər Əl-Əqsa Məscidi ilə bağlı baş verənlər, istərsə də, İsrailə raket hücumları Azərbaycan cəmiyyətində dərin narahatlıq doğurur. 

    Azərbaycan müsəlman ölkəsidir, həmçinin, İsraillə müttəfiqliyi var. Bir çox müsəlman ölkələrində də bu hadisələr narahtlıq yaradır, ictimai rəy ikiyə bölünüb. 
    Bir çox təhlilçilərimiz hesab edir ki, bu hadisələr sülh təşəbbüslərinin necə vacib olduğunu bir daha nümayiş etdirdi. Bir daha bu hadisələrin baş verməməsi üçün İsrail müsəlman dünyası ilə geniş dialoq imkanlarını nəzərdən keçirirmi?

    -Siz də görürsünüz ki, İsrail münaqişənin həll olunması üçün özünün bütün imkanlarından istifadə edir. Həmçinin, münaqişənin yenidən başlanmasının qarşısını almağa çalışır. İsrail müsəlman ölkələri və digər ölkələrlə sülh şəraitində yaşamaq üçün danışıqlara hər zaman hazırdır. Bu, dini münaqişə deyil.
    Misir, İordaniya, Bəhreyn, BƏƏ, Mərakeş bizimlə sülh bağlamaq istəyəndə, biz onlarla sülh müqaviləsi bağladıq. Çünki həqiqətən də, bu ölkələr İsraillə sülh bağlamaq istəyirdi. Dinindən aslı olmayaraq, hər hansı ölkə bizimlə sülh bağlamaq istəyirsə, İsrail buna hazırdır.

    Təkrar edirəm, bu münaqişə, bu baş verənlər dini xarakter daşımır. Məlumat üçün deyim ki, Azərbaycanda olduğu kimi İsraildə də hər zaman müqəddəs məkanlar insanlar üçün açıq olub və hər zaman da belə davam edəcək.
    On illərdir ki, İsrail dünya xristianlarının Yerusəlimdəki müqəddəs atəş mərasimində və müsəlmanların Əl-Əqsa Məscidində hər həftə cümə namazında, xüsusilə də Ramazan bayramı zamanı iştirakını təmin edib.

    -Ümumiyyətlə, bölgədə davamlı sülhün əldə olunması perspektivini neçə görürsünüz?

    -Bu, maraqlı və çox da siyasi xarakter daşımayan bir sualdır. Bilirsiniz ki, ötən il İsrail bir sıra müsəlman ölkəsi ilə “İbrahim razılaşması” adlanan sülh razılaşması əldə edib.
    Bu razılaşma onu göstərir ki, sülh istəyən ölkələrlə İsrail hər zaman sülh bağlamağa hazır olan bir dövlətdir. Hər hansı bir ölkə sülh şəraitində yaşamaq istəyirsə, İsrailin bunun üçün yaxşı bir tərəfdaş olduğunu görə bilər. İsrail inanır ki, bütün qonşuları ilə sülh şəraitində yaşamaq mümkündür.
    Biz illər boyu bu cür razılaşmanı Fələstinlə də əldə etmək istəyirdik. Uzun illər əvvəl Kemp-Devid müqaviləsinə, Oslo anlaşmasına və digər müqavilələrə baxsanız, görərsiniz ki, sülhə tərəf addım atsaq da, qarşı tərəfdən rədd cavabı almışıq. Bu razılaşmaların bir neçə məqamı əslində israillilər üçün çox çətin idi.
    Buna baxmayaraq, biz buna hazır idik. Bir az əvvəl dediyim kimi, etdiyimiz təkliflərə dəfələrlə rədd cavabı verilib. Sülh əldə etmək üçün həmişə kompramisə getməlisən. Amma onu əldə etmək üçün ilk növbədə bütün radikal qrupların qarşısını almalıyıq. Bütün qonşularımızla sülh əldə etmək bizim üçün çox vacibdir.
    İsrail ümid edir ki, tezliklə fələstinlilərlə sülh əldə olunacaq. Amma bununla yanaşı İsrail öz vətəndaşlarının mühafizəsini təmin edəcək.

    -Üç gün əvvəl ABŞ Prezidenti C.Bayden münaqişənin nizamlama planından danışıb. Müxtəlif illərdə ABŞ administrasiyasının rəhbərləri münaqişə ilə bağlı sülh planı ilə çıxış edib. 
    Qarşı tərəf iddia edir ki, beynəlxalq təşkilatların qəbul etdiyi sülh təşəbbüsləri ABŞ tərəfindən ləngidilir. Yəni Amerika sözdə başqa, əməldə isə İsrailin maraqlarına uyğun addım atır...

    -Əminliklə deyə bilərəm ki, ABŞ və digər ölkələr tərəfindən təklif olunan razılaşmalar Fələstin tərəfindən rədd edilib. Hər zaman qarşı tərəf bunun üçün səbəb gətirməyə çalışıb, nəyisə bəyənməyib.
    Razılaşmanı onlar üçün hansı ölkənin təklif etdiyi fərq etməyib, razılaşmaya qarşı çıxıblar. Buna baxmayaraq, biz öz səylərimizə davam edəcəyik. Hər şeyə pozitiv yanaşacağıq, sülh əldə etməyə çalışacağıq.



    -Təhlilçilər tərəfindən vurğulanılır ki, İran-ABŞ münasibətlərində yeni mərhələnin başlanması ehtimallarının yüksək olması Təl-Əvivi narahat edir və bu da bölgədə gərginliyin artmasında rol oynayır...

    -İsrail ABŞ və İran arasındakı münasibətdən ehtiyat etmir. Çünki yaxın gələcəkdə nəyinsə dəyişəcəyini düşünmürük. Bölgədəki gərginliyin İranın fəaliyyəti, nifrəti ilə təhrik edildiyi şübhəsizdir.
    Onlar terrorçu fəaliyyətinə son qoymur, silahla təchiz olunurlar. Söhbət tək HƏMAS-dan getmir, bura Hizbullah, eləcə də Səudiyyə Ərəbistanı, İraq, Livan və digər ölkələrdə fəaliyyət göstərən qruplaşmalar da aiddir. Həmçinin, bizdə olan məlumata görə, Cənubi Amerika və Afrikada da bu cür qruplar var.

    İranın bu bölgədə, Afrika və digər ölkələrdə, həmçinin, Avropada sabitliyi pozmağa təsir göstərməsi beynəlxalq səviyyədə məlumdur. Tək İsrail deyil, eyni zamanda bölgədə və bölgədən kənarda olan ölkələr də bu cür təşkilatların fəaliyyətindən narahat olmalıdır.

    İran tək HƏMAS-a deyil, bölgədə olan digər terror təşkilatlarına da maliyyə dəstəyi verir. Heç bir ölkə üçün sirr deyil ki, regionda sabitlik İranın dəstəyi ilə həmin qruplar tərəfindən pozulur.

    -Cənab Peer, necə düşünürsünüz, rəsmi Bakı İsraillə Fələstin arasında vasitəşilik edə bilərmi?

    -İsrail bütün təkliflərə açıqdır və bunları nəzərdən keçirməyə hazırıq. Əslində, hər yeni sülh təşəbbüsü bəlkə də bizim üçün bir pəncərədir. Bölgədə sülh əldə edib bir yerdə yaşamaq istəyirik.
    Amma ilk növbədə bunu başa düşməliyik ki, hər hansı bir sülhün əldə edilməsi üçün ilk növbədə hər iki tərəf bir-biri ilə danışıqlara başlamalıdır. Əgər biri digər tərəfin məhvinə, ölümünə çağırışlar səsləndirirsə, sülhün əldə edilməsi mümkün olmayacaq.

    İsrail digər ölkələrin vətəndaşlarının ölümünə çox üzülür. Təəssüf ki, biz vətəndaşlarımızı qorumaq üçün silahdan istifadə edirik, onlarsa silahlarını qorumaq üçün vətəndaşlarından.
    Ümid və dua edirik ki, yenidən yaranan bu münaqişəyə son qoyulacaq.
    Son olaraq, hərtərəfli dəstəyə görə, Azərbaycan xalqına təşəkkür edirik.

    Laçın SƏMLA

    Oxunub: 386
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.