Gürcüstanda koronavirus: son sutkada 1 071 nəfər yoluxub, 33 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 071 yeni yoluxma halı təsdiqlənib, 680 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 336 840 nəfərin yoluxduğu müəyyən edilib. Onların 317 069-u sağalıb, 4 602-si ölüb.
Ötən 24 saat ərzində aparılan test yoxlamalarının sayı 29 985 təşkil edir.
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: