"Fövqəladə vəziyyət elan olunsa belə Yay Olimpiya Oyunları keçiriləcək"-
Con Kouts
“RİA Novosti”nin məlumatına görə, bu barədə Olimpiya oyunların koordinasiya komissiyasının rəhbəri Con Kouts bildirib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.
“Bunu idmançılar üçün, onların xəyallarını reallaşdırmaq üçün edirik. Olimpiya Oyunları elə bunun üçün yaradılıb”, - deyə Kouts əlavə edib.
Onun sözlərinə görə, təhlükəsiz Olimpiya oyunlar təşkil etmək üçün görülən və planlaşdırılan tədbirlər ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tam qane edir.
Hazırda doqquz prefekturada - Tokio, Osaka, Hyogo, Kyoto, Ayti, Fukuoka, Hokkaydo, Hiroşima və Okayamada fövqəladə rejim fəaliyyətdədir. Daha 10-da isə koronavirusla mübarizə üçün gücləndirilmiş tədbirlər görülür.