Koronavirus dünyada daha 12 457 nəfərin həyatına son qoydu
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 607 681 nəfər artıb. Virtualaz.org bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında belə deyilir.
Qeyd olunur ki, son 24 saatda həm də 12 457 nəfər isə dünyasını dəyişib. Beləliklə, yoluxanların ümumi sayı 165 772 430, ölənlərin isə 3 437 545 nəfərə çatıb.
Son yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (281 388) payına düşüb. Digər yerləri isə Şimali və Cənubi Amerika (207 102) ilə Avropa (61 960) bölüşürlər.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: