Türkiyə antiterror əməliyyatları: axtarışda olan terrorçu məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir. Mardin vilayətinin Nusaybin bölgəsində keçirilən növbəti əməliyyat zamanı yeddi terrorçu zərərsizləşdirilib. Onlardan biri axtarışda olan Serhat Ericek adlı cinayətkardır.
“Rızgar Koçer” ləqəbli təhlükəli terrorçu bir sıra ağır cinayətlərin təşkilində ittiham olunur. O, iki il əvvəl Şırnakda iki hərbi qulluqçunun qətlə yetirildiyi terror aktının təşkilatçısı olub.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: