Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Astara gömrük postunda 244 kiloqramdan artıq heroin aşkarlanıb
  • Dövlət Gömrük Komitəsi 122 kiloqram heroin saxlayıb
  • Dövlət Gömrük Komitəsinin artıq öz “Telegram” kanalı var
  • İlham Əliyev üç nəfərə general rütbəsi verdi
  • 21 kiloqram narkotik maddə Gömrük Komitəsindən necə yoxa çıxıb?- MÜƏMMA
  • “BUNLAR BİZİ HƏDƏFİMİZDƏN YAYINDIRA BİLMƏZ...”- Səfər Mehdiyev həbslərdən danışdı

    • Tarix: 24-05-2021, 17:16



    Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Qafqazinfo”ya müsahibə verib. Müsahibəni təqdim edirik:

    - Səfər müəllim, ötən həftə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları rüşvət iddiası ilə saxlanıldı. Bu barədə nə deyə bilərsiniz?

    - Gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük-biznes münasibətlərinin açıq, şəffaf müstəvidə qurulması üçün bütün zəruri addımları atır və Komitənin aidiyyəti strukturları tərəfindən xüsusi nəzarət tədbirləri həyata keçirilir.
    İslahatların reallaşdırılmağa başlandığı andan kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq qanunazidd əməllərə yol verən gömrük əməkdaşlarının qanunvericiliyə uyğun olaraq cəzalandırılacağı dəfələrlə tərəfimizdən bəyan edilib. Bu istiqamətdə gömrük orqanlarının aidiyyəti strukturları tərəfindən aşkar edilən faktlar üzrə təqsirli bilinən şəxslər cəzalandırılıb və bu barədə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb.
    Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir.
    Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar.
    Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq.

    - Hazırda gömrük orqanlarına qarşı irəli sürülən ittihamlardan biri də idxal edilən malların gömrük dəyərinin artırılmasıdır. Bu ittihamlara münasibətiniz?

    - Son günlər bəzi ekspertlər və media orqanları tərəfindən idxal əməliyyatları zamanı bütün malların gömrük dəyərinin süni surətdə artırıldığı iddia edilir ki, bu da əsla həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan gömrük xidməti beynəlxalq aləmdə tətbiq edilən, Ümumdünya Gömrük Təşkilatı tərəfindən tövsiyə olunan üsullar və yanaşmalar əsasında fəaliyyətini formalaşdırıb. Hazırda gömrük əməliyyatları risk əsaslı gömrük nəzarət tədbirləri əsasında həyata keçirilir ki, bu da insan amilinin mümkün dərəcədə aradan qaldırılması, müasir metodologiyaları özündə ehtiva edən xüsusi proqram təminatının tətbiqi ilə reallaşdırılır. Yəni gömrük orqanlarına ötürülən hər hansı gömrük bəyannaməsi proqram təminatı vasitəsilə analiz olunur, risk amili ortaya çıxdığı təqdirdə araşdırma aparılır. Digər tərəfdən xarici ticarət iştirakçıları tərəfindən həyata keçirilən idxal əməliyyatlarının fərdi qaydada yoxlamaya məruz qalması fiziki baxımdan da mümkün deyil. Belə ki, gün ərzində gömrük orqanları tərəfindən iki minə yaxın gömrük bəyannaməsi emal edilir. Bu bəyannamələrin tək-tək incələnməsi günlərlə, həftələrlə vaxt tələb edir ki, bu da istər sərhədkeçmə, istərsə də rəmiləşdirmə proseslərinin ləngiməsi və nəticə olaraq təchizat zəncirinin davamlılığının pozulmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, 2020-ci ildə ümumi idxal əməliyyatlarının yalnız 5 faizi ətrafında gömrük dəyəri ilə bağlı risklər yaranıb və dəyərin təshih olunması həyata keçirilib.
    Yeri gəlmişkən, avtonəqliyyat vasitələrinin idxalı prosesi zamanı gömrük orqanlarının kütləvi şəkildə gömrük dəyərini süni şəkildə artırdığına dair səslənən iddialar da həqiqətə uyğun deyil. Sadəcə bir faktı qeyd etməklə bu iddialara aydınlıq gətirmək olar. Belə ki, 2020-ci ildə ölkəyə idxal edilən avtonəqliyyat vasitələrinin yalnız 4 faizinin bəyanetmə prosesində gömrük orqanlarına yanlış məlumatlar təqdim edilib və dəyər yenidən müəyyənləşdirilib. Digər hallarda isə vətəndaşlar tərəfindən təqdim olunan sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunmayaraq rəsmiləşdirmə başa çatdırılıb.

    - Son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda sıxlıqlar müşahidə olunur. Bu sıxlıqların səbəbi nədir və problemin həlli üçün hansı addımlar atılır?

    - Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də sərhədkeçmə proseslərinin sadə və sürətli şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasıdır. Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi islahatlar bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Gömrük orqanları sərnişinlərin, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, sərhədkeçmə proseslərində vaxt və vəsait itkisinin aradan qaldırılması istiqamətində informasiya texnologiyalarına əsaslanan, insan amilini minimuma endirən bir sıra layihələr və yeniliklər tətbiq edir.
    Cəmiyyətə yaxşı məlum olan “Yaşıl dəhliz”, “Sürətli keçid” və digər layihələr, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) aparılan texniki təkmilləşdirmələr sayəsində gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti 2 dəfədən çox artırılıb. Nəticədə, əvvəllər gömrük-keçid məntəqələrindən gündəlik bir istiqamətdə 250 yük nəqliyyat vasitəsinin keçidi təmin olunurdusa, indi bu rəqəm 500-dən çoxdur. Bundan başqa, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinə sərf olunan müddət 15 dəqiqəyə endirilib.
    Bütün bu sadaladığım yeniliklər Rusiya Federasiyası ilə sərhəddə yerləşən, ölkəmizin ixrac əməliyyatlarının, tranzit potensialının artırılmasında, şimal-cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayan “Samur” gömrük-keçid məntəqəsində də tətbiq edilir. Belə ki, tətbiq edilən yeniliklər hesabına hazırda bu gömrük məntəqəsinin ixrac nəzarət xətti üzrə gündəlik 500-dən çox yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin sıxlıqların yaranmasına gəlincə, buna səbəb mövsümlə əlaqədar həm Azərbaycandan, həm də tranzit yolla Rusiyaya daşınan yüklərin miqdarının normadan artıq olmasıdır.
    Onu da qeyd edim ki, “Samur” gömrük postunda son illər aparılan yenidənqurma işləri hazırkı yük axınının hər hansı növbələr yaranmadan keçidini təmin etməyə imkan verir. Lakin Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti aşağı olduğundan qarşı tərəfdə fəaliyyət göstərən həmkarlarımız gün ərzində maksimum 300 yük nəqliyyat vasitəsinin keçidini təmin edə bilir. Üstəlik, bu rəqəm Rusiya Federal Gömrük Xidməti ilə aparılan mütəmadi danışıqların nəticəsində əldə olunub. Nəticədə, qarşı tərəfin buraxılış imkanlarının məhdud olması “Samur” gömrük postunun qarşısında mövsümi sıxlıqların yaranmasına səbəb olur.
    Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, üstəlik, rusiyalı həmkarlarımızla da yük axınının daha da sürətləndirilməsi məqsədilə mütəmadi danışıqlar aparılır. Ümidvaram ki, yaxın günlərdə problem həllini tapacaq və növbələr tamamilə aradan qaldırılacaq.
    Onu da əlavə edim ki, ölkə başçısının göstərişi ilə Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Xanoba” gömrük postu da yenidən inşa olunur və tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Yeni gömrük postu fəaliyyətə başladıqdan sonra Rusiya və əks istiqamətdə yükdaşımaların həcmi artmaqla yanaşı, sərhəddə yaranan növbələr də tamamilə aradan qaldırılacaq.
    Eyni zamanda, qarşı tərəfdən də bildirilib ki, Rusiya Federasiyası istiqamətində yerləşən Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlıqların aradan qaldırılması üçün artıq yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparılmasına start verilib və ilin sonuna qədər bu işlər də yekunlaşacaq. Nəticədə, adı çəkilən gömrük-keçid məntəqəsindən də gün ərzində 500 yük nəqliyyat vasitəsinin keçidi təmin ediləcək.

    Oxunub: 341
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.