Dövlət Gömrük Komitəsinin artıq öz “Telegram” kanalı var
Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi "Telegram" kanalı t.me/gomrukaz istifadəyə verilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və s. məlumatlar paylaşılacaq.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə @gomrukaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "İnstagram", "Youtube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri də fəaliyyət göstərir.
Oxunub: 456
Xəbəri paylaş
Paylaş: