ABŞ qoşunları Suriyaya qaytarılır - Trampın qərarı ləğv edilir?

ABŞ Ordusu Suriyanın neftlə zəngin şimal-şərq əyaləti olan Hasakeyə hərbçilər və maddi-texniki təchizatla dolu yeni yük maşını karvanı göndərib
Bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Agentlik Əl-Svaydiya kəndindəki yerli mənbələrə istinadən xəbər verir ki, 86 yük maşınından ibarət karvan onlarla zirehli nəqliyyat vasitəsinin müşayiəti ilə Şimali İraqdakı yarım muxtar Kürdüstan bölgəsindən “Əl-valid” sərhəd qapısını qanunsuz keçib.
Mənbələr əlavə edib ki, karvanda lojistik avadanlıqlar və neft yüklənmiş tankerlər də olub.
Amerika Birləşmiş Ştatlarının bu addımı Suriyadakı enerji resursları üzərində nəzarəti əlində saxlamaq cəhdi kimi qiymətləndirilib.
Son aylar ABŞ əsgərlərinin Şimali İraqdan Suriya ərazisinə silah, hərbi və maddi-texniki təchizat daşıyan minlərlə yük maşını yerləşdirdiyi xəbər verilir. Suriya nefti ilə dolu yanacaq daşıyan maşınların geri qayıtdığı qeyd edilir.
Oxunub: 190
Xəbəri paylaş
Paylaş: