Tavuşdakı kəndlər Azərbaycanındır -
erməni deputat

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.
Unikal.org xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.
“Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var”-, deyə o bildirib. Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xeyrimli və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: