Hans-Yurgen Qaymzet:
"Azərbaycanla bağlı kifayət qədər çox suallar yığılıb"
Almaniyanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində bu ölkənin nümayəndə heyəti Bakıya səfər edəcək.
Bu barədə eksklüziv açıqlamasında Almaniya Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə komissarı, xüsusi tapşırıqlar üzrə səfir Hans-Yurgen Qaymzet deyib.
Onun sözlərinə görə, Almaniya təkcə Avropa İttifaqında deyil, dünyada da çox nüfuzlu siyasi və iqtisadi oyunçudur.
“Sədrliyimiz çərçivəsində biz tərəfdaşlarımızla əməkdaşlığın vacib məsələlərini müzakirə etmək istəyirik. Azərbaycana gəlincə, müzakirə üçün çoxlu suallar yığılıb. İndi Azərbaycanla Aİ arasında strateji razılaşma üzərində iş gedir. Bundan əlavə, iyunda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə etmək lazımdır. Bakının Şərq Tərəfdaşlığı layihəsini necə təsəvvür etdiyini başa düşmək istərdim, çünki Almaniyanın Aİ-yə sədrliyi dövründə Berlin bu proqramın işini canlandırmaq üçün əlavə təkliflər vermək istəyir",-deyə diplomat vurğulayıb