Arakelyan: ""Artsax” adlı seçki dairəsi artıq yoxdur"- "Siyasi dəlilikdən əziyyət çəkənlər..."

Ermənistan vətəndaşlarını çox çətin seçim gözləyir. Onlar dövləti məhv etmək üçün əlindən gələni edənlər arasında ölkə rəhbərliyini seçməlidirlər. Ermənistanda istisnasız olaraq bütün namizədlər qaranlıq keçmişə malikdir.
Bu sözləri erməni mediasına keçmiş nazir Mesrop Arakelyan Ermənistanda 20 iyunda baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, ermənilər uzun illər öz ölkələrinə zülm edənlər, hamının zəhləsi getdiyi bir dövlətə çevirənlər, siyasi dəlilikdən əziyyət çəkənlər, 30 il ərzində öz günahlarını qəbul etməyənlər arasında seçim etməli olacaqlar:
“Təsəvvür edin ki, artıq “arsax” Ermənistan Respublikasının seçki dairəsi hesab edilmir. Burada nə barədə danışmaq olar? İndi Ermənistanda bəziləri nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq üçün, bəziləri hakimiyyəti ələ keçirmək üçün, bəziləri isə kresloya nail olmaq üçün mübarizə aparır. Bununla əlaqədar bildirirəm ki, mən növbədənkənar parlament seçkilərində iştirak etməmək barədə qərar qəbul etmişəm”.
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: