Ağ ev təsdiqlədi:
Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək
“Hurriyet” xəbər verir ki, bunu mayın 26-da Ağ evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfrasında bildirib.
“İki liderin vaxtlarının çoxunu strateji sabitlik məsələsinə sərf edəcəklərini gözləyirik”, - o vurğulayıb.
Müxbirin “Baydenin Putinlə görüşməsi Putin üçün mükafat deyilmi” sualını cavablandıran sözçü keçmiş prezident Donald Trampın hakimiyyəti dövrünə işarə edərək deyib: “Ötən illərdə baş verənləri unuda bilərsiniz. Ancaq diplomatiya belə həyata keçirilir. İnsanlarla sadəcə həmfikir olanda görüşmürük. Rusiya lideri ilə bir çox anlaşılmazlığımız olduğundan görüş gerçəkdən əhəmiyyətlidir. Rusiya prezidenti ilə görüşü bir mükafat olaraq görmürük. Bu görüşü ABŞ-ın maraqlarının müdafiəsinin həyati bir parçası olaraq görürük”.
Qeyd edək ki, ötən gün ABŞ mətbuatında C.Baydenlə V.Putinin iyunun 15-16-da Cenevrədə görüşəcəyi barədə məlumatlar yayılmışdı.