Türkiyə silahlı insansız dəniz vasitəsinin ilk sınaq görüntülərini yayımladı - VİDEO
“Deniz kurdu-2021” hərbi təlimində Türkiyənin istehsal etdiyi silahlı insansız dəniz vasitəsi ilk atışını edərək hədəfi uğurla vurub.
Globall.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəniz vasitəsinin hədəfləri uğurla məhv etdiyi görüntüləri Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında paylaşıb.
Qeyd edək ki, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 PUA-nın iştirak etdiyi hərbi təlim 6 iyun tarixində başa çatacaq.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: