Almaniya soyqırıma görə bu ölkədən rəsmən üzr istədi
Almaniya müstəmləkə işğalları zamanı Namibiyada soyqırım törətdiyini ilk dəfə etiraf edib.
Bu məlumatı Almaniya xarici işlər naziri Hayko Maas yayıb.
O, Berlinin Afrikada etdikləri bu hərəkətə görə, 1 milyard dollar həcmində maliyyə yardımı ayıracaqlarını bildirib:
“İndi biz rəsmən bu hadisəni indiki nöqteyi -nəzərdən olduğu kimi soyqırım adlandıracağıq. Almaniyanın tarixi və mənəvi məsuliyyəti fonunda Namibiyada baş verənlərə görə üzr istəyirik”.
Qeyd edək ki, Almaniya Namibiyada 1904-1908-ci illərdə soyqırım törədib./axar.az
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: