Azərbaycan millisi Avropa çempionatından uzaqlaşdırıldı -
QALMAQAL
Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından qovulub.
Məlumata görə, Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.
Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.
Komandanın qazandığı nəticələr isə silinib.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: