Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edilib - Yaralananlar var /FOTOLAR
Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.
Report-un Şərqi Avropa bürosunun məlumatına görə, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.
Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.
Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə ediblər.
Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: