Türkiyə ən böyük müsəlman ölkəsi ilə birgə "KAPLAN MT" tankını sınaqdan çıxardı…
Türkiyənin “FNSS” şirkəti ilə İndoneziyanın “PT Pindad” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində “Kaplan MT” (Harimau) orta tankının istehsalına start verili. Globall. az barədə Anadolu agentliyinə istinadla xəbər verir.
Türk şirkətinin direktoru Nail Kurtun sözlərinə görə, artıq yeni türk “pələngi” döyüş poliqonunda sınaqdan çıxarılıb. İlk 18 maşın Türkiyədəki bir müdafiə şirkətinin montaj konveyerindən çıxacaq. Zirehli maşınlar hər iki ölkənin Silahlı Qüvvələrində xidmətə başlayacaq. Gələcəkdə yeni müqavilələr əldə etmək məqsədi ilə “Kaplan MT”-nin beynəlxalq silah və avadanlıq bazarına çıxacağı istisna edilmir.
Xatırlaqaq ki, yeni türk-müsəlman tankı 2017-ci ildən hazırlanır. 20 ton ağırlığında olan tankın üzərində 105 millimetrlik “Cockerill” topu yerləşdirilib.