Ermənistanda yeni reytinq –
Paşinyan liderdir
Ermənilər üçün hələ də ən uyğun siyasətçi baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyandır.
Bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Nikol Paşinyan respondentlərin 16%-i üçün çox uyğun, 29%-i üçün isə uyğun olub.
Spiker Ararat Mirzoyan (5% çox uyğun, 35% uyğun) ikinci yeri tutub.
Daha sonrakı yerlərdə Baş nazirin müavini səlahiyyətlərini icra edən Tiqran Avinyan (30%), Prezident Armen Sərkisyan (28%), vitse-spiker Alen Simonyan (28%), Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan (25%), İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan (23%), Mənim Addımım fraksiyasının rəhbəri Lilit Makunts (23%), eks-prezident Robert Köçəryan (20%), deputat Naira Zöhrabyan (16%) qərarlaşıb.
Eks-prezident Levon Ter-Petrosyanı respondentlərin 11%, Serj Sərkisyanı isə 10%-i dəstəkləyib.
Globall.az