ABŞ-da atışma nəticəsində iki nəfər ölüb, onlarla yaralı var
Üç naməlum şəxs ABŞ-ın Mayami ştatında izdihama atəş açıb və nəticədə ən azı iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Bu barədə “ABC” telekanalı yerli polisə istinadən məlumatb yayıb.
Mayami Polis İdarəsinin rəisi Alfredo Ramirez hadisə ilə bağlı “twitter”də bunları yazıb:
“Mən odlu silahla 20-dən çox insanı yaralayan və öldürən bir qorxağın hadisəni törətdiyi yerdəyəm”.
Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb.
Bundan əvvəl “Fox News” qurban sayının 25-ə çata biləcəyini bildirmişdi.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: