ABŞ-da atışma olub -
1 nəfər ölüb, 5 nəfər yaralanıb
ABŞ-da Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə yerli “Fox 5” televiziya kanalı məlumat yayıb.
Naməlum şəxs yerli vaxtla təxminən, saat 16:00-da mağazada olan bir qrup şəxsə odlu silahdan atəş açıb.
Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır./apa
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: