“Gürcüstan bölgədə tarazlı siyasəti dəstəkləyir” - İrakli Qaribaşvili
Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasındakı dostluq münasibətləri müzakirə olunub.
İ.Qaribaşvili bildirib ki, Gürcüstan bölgədə sabitliyi təşviq edən tarazlı siyasəti dəstəkləyir.
Oxunub: 472
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							