Təzyiqi aşağı salmağın “dadlı üsulu”- Alimlər tapıblar

Yüksək arterial təzyiqi giləmeyvədən müntəzəm istifadə aşağı sala bilər. Alimlər bu fikrə gəliblər («Express»).
Onlar 110 mindən artıq insanın qida rasionunu öyrəniblər - müşahidələr 16 il ərzində aparılıb. Məlum olub ki, bu dövr ərzində 34 mindən artıq insanda hipertoniya inkişaf edib. Bu zaman tədqiqatlar göstərib ki, giləmeyvədən - çiyələk və gilasdan istifadə yüksək təzyiq riskini 8 faiz aşağı salr.
Alimlərin sözlərinə görə, giləmeyvələrdə antioksidant birləşməsi olan antosian var və o, təzyiq göstəricilərini sabitləşdirməyə kömək edir.
Mütəxəssislər həm də rasionda duzun miqdarını azaltmağı, alkoqoldan və kofeindən istifadəni aşağı salmağı, idmanla məşğul olmağı məsləhət görürlər.
Oxunub: 390
Xəbəri paylaş
Paylaş: