Dünya Miyatoviç Azərbaycan jurnalistlərinin ölümü barədə: "Ərazilər minalardan təmizlənməlidir..."

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə media işçilərinin mina partlaması nəticəsində həlak olması ilə bağlı “Tvitter”də paylaşım edib.
Virtualaz.org-un məlumatına görə, D.Miyatoviç tvitində bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təcili təmizlənməsinə ehtiyac var.
“Kəlbəcərdə ikisi jurnalist olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş mina partlaması Qarabağdakı münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın olduğunu göstərir”, – o qeyd edib.
Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “AzərTAc”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: