Qəddafinin təyyarəsi İstanbula gətirildi - FOTO
Türkiyə mediası xəbər verir ki, 2014-cü ildən bəri Fransanın cənubundakı “Perpignan” hava limanından saxlanılan təyyarə Atatürk Hava Limanına eniş edib.
Baxım və təmir işləri tamamlandıqdan sonra təyyarənin dövlət xidmətində istifadə üçün Liviyaya göndəriləcəyi bildirilir.
Qeyd edək ki, 20 oktyabr 2011-ci ildə ölkəsindəki iğtişaşlar zamanı öldürülən Müəmmər Qəddafinin istifadə etdiyi təyyarə bu proseslərdən zərər görməməsi üçün Fransaya göndərilmişdi.

Oxunub: 284
Xəbəri paylaş
Paylaş: