ABŞ Baydenin hakimiyyəti altında dağılır -
Tramp
ABŞ prezidenti Cozef Baydenin başçılığı ilə yeni administrasiya zamanı dağıdır.
Report xəbər verir ki, bu barədə Amerikanın keçmiş lideri Donald Tramp bildirib.
"Bu gün biz toplaşarkən gözlərimizin önündə ölkəmizi məhv edirlər. Cinayətlər artır, polis departamentləri hissələrə parçalanıb, maliyyələşdirilməyib", - Şimali Karolinada respublikaçıların qurultayında çıxış edən Tramp deyib.
Tramp vurğulayıb ki, o və müttəfiqləri həmişə Amerikanı önə çəkirlər. "Biz polisə, bayrağa hörmət edirik", - Tramp bildirib.
ABŞ-ın sabiq rəhbəri əlavə edib ki, ABŞ-da aralıq seçkilərin keçiriləcəyi 2022-ci il respublikaçılar üçün fövqəladə olacaq.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: