“Kuril problemini yalnız Putinin dövründə həll etmək olar”-
Yaponiyalı senator
Yaponiyada «şimal ərazilər» adlandırılan Kuril adaları ətrafında fikir ayrılığını Moskva və Tokio ancaq Vladimir Putinin prezidentliyi dövründə yoluna qoya bilər.
Bu fikiri iyunun 5-də «Kyodo» aentliyinə şərhində Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Sudzuki səsləndirib. Doğan günəş ölkəsində onu Rusiya-Yaponiya münasibətləri sahəsinin aparıcı ekspertlərindən biri hesab edirlər.
«Ərazi məsələsini yalnız Putin Rusiya prezidenti vəzifəsini icra etdiyi dövrdə həll emək mümkün olacaq. Bu imkanı əldən verməklə biz, məsələni həmişəlik həll olunmamış vəziyyətdə qoyarıq» - deyə, Yaponiyalı siyasətçi bildirib.
Yapon agentliyinin fikrincə, Rusiya liderinin Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində xarici informasiya agentlikləri ilə keçirdiyi görüşdə səsləndirdiyi bəyanat müəyyən optimizm doğurur.
Putin bəyan edib ki, Rusiyanın konstitutsiyaya etdiyi dəyişiklik Yaponiya ilə sülh müqaviləsi bağlanması məsələsi üzrə dialoqun dayandırılması demək deyil.
Öz növbəsində, Yaponiya Baş nazirininin dəftərxanasındakı mənbə agentliklə söhbətində qeyd edib ki, hələlik hökumətdə Rusiya ilə Kuril üzrə daışıqların pespektivini görmürlər.
«Rusiyanın danışıqlarda gerçək iştirakı şübhə doğurur» - deyə, hökumətdəki mənbə bildirib.
Ancaq danışıqlar üçün qapılar açıq qalır. Jurnalistlərə xatırladıblar ki, Kuril üzrə daışıqların davam etdirilməsi barədə razılıq keçmiş sazişlər əsasında Yaponiya Baş naziri Yosixide Suqi və Rusiya prezidenti Vladimir Putin arasında ötən ilin sentyabrında təsdiqlənib.