ABŞ və Rusiya qırıcıları yenidən üz-üzə:
Gərginlik pik həddə
ABŞ-a aid B-1B strateji bormbardmançı və kəşfiyyat təyyarəsi Kuril adaları ətrafında uçuş həyata keçirib. Bundan dərhal sonra Rusiyaya aid MİQ-31 qırıcısı havaya qaldırılıb. Rus qırıcısı ABŞ təyyarəsinə yaxınlaşaraq onun ölkə sərhədlərinə daxil olmasına imkan verməyib.
Rusiya Müdafiə Nazirliyi ABŞ-a aid təyyarənin Rusiya hava sərhədini pozmadan geri qaytarıldığını və bunun beynəlxalq hüquqa uyğun olaraq atıldığını açıqlayıb.