“Çin koronavirus səbəbilə dünyaya 10 trilyon dollar təzminat ödəməlidir”- Tramp

ABŞ-ın eks-prezidenti Donald Tramp Çinin ABŞ da daxil olmaqla bütün dünyaya 10 trilyon dollar məbləğində təzminat ödəməli olduğunu qeyd edib.
Turkustan xəbər verir ki, o, bu haqda üzvü olduğu Respublikaçılar Partiyasının qurultayında çıxış edərkən danışıb.
Uzun müddətdən sonra səssizliyini pozan və siyasi səhnəyə qayıdan D. Tramp digər ölkələri Pekinə olan borclarını ödəməməyə çağırıb.
D. Tramp, həmçinin çıxışında ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Faucini koronavirus pandemiyası ilə mübarizə formasına görə sərt tənqid edib.
O, ABŞ vətəndaşlarından maska taxmağı tələb edən A. Faucininin koronavirusun Çinin Vuhan şəhərindəki laboratoriyalardan birindən sızması nəzəriyyəsinə qarşı olmasını da tənqid edib.
D. Tramp A. Faucinin həkim deyil, təşkilatçı olduğunu diqqətə çatdıraraq onun televiziyalarda çıxış etdiyi bütün mövzularda yanıldığını söyləyib.
Qeyd edək ki, koronavirusun mənşəyi ABŞ-da mübahisəli məsələ olaraq qalır və ABŞ kəşfiyyat orqanları tərəfindən araşdırılır.
Oxunub: 404
Xəbəri paylaş
Paylaş: