BUGÜNKÜ YOLUXMA VƏ ÖLÜM SAYI ELAN EDİLDİ - Azərbaycanda koronavirus statistikası
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 2 134 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

Oxunub: 172
Xəbəri paylaş
Paylaş: