Türkiyə millisi Romadan Bakıya yola düşdü

Futbol üzrə Avropa çempionatının (EURO 2020) açılış matçında İtaliyaya 3-0 məğlub olan Türkiyənin Milli Futbol Komandası bu gün Romadan Bakıya təyyarə ilə yola salınıb.
Türkiyə KİV-i xəbər verir ki, yığma artıq Romadan yola düşüb.
Qrupda son iki matçını Bakı Olimpiya stadionunda oynayacaq qardaş ölkənin komandası Uels və İsveçrə komandalarına qarşı çıxış edəcək.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: