Gəncədə yaşayış binasında partlayış:
2 nəfər öldü
Gəncə şəhərində dörd mərtəbli binada partlayış zamanı xəsarət alan şəxslər xəstəxanada dünyasını dəyişib.
Globall.az xəbər verir ki, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itiriblər.
Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.
Qeyd edək ki, dünən Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş vermişdi. Partlayışa səbəb qaz sızması olduğu bildirilib.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: