“Bayden Putinlə görüşə 50 il hazırlaşıb”-
AĞ EV sözçüsündən İLGİNC AÇIQLAMA
“Bayden Putinlə görüşə 50 il hazırlaşıb”.
Xarici KİV xəbər verir ki, bu barədə AĞ EV-in sözçüsü Jen Psaki fikir bildirib.
Psakinin sözlərinə görə, Bayden Putindən nə gözlədiyini yaxşı bilir: “Bu görüş qarşılıqlı dostluq və etimad əsasında deyil, hansı nöqtələrdə ümumi dil tapmağın mümkünlüyü haqda müzakirələri ehtiva edir.
Psaki ABŞ prezidentinin əvvəllər də rusiyalı həmkarları ilə işlədiyini və böyük təcrübəyə malik olduğunu açıqlayıb. Baydenin xanımı ərinin Putinlə görüşə hazır olduğunu vurğulayarkən, Psaki AĞ EV rəhbərinin bu an üçün 50 ildir hazırlaşdığını diqqətə çatdırıb.
Xatırladaq ki, Putin-Bayden görüşü iyunun 16-da, Cenevrəki La Granj iqamətgahında keçiriləcək. Tərəflər Bayden prezident seçildiyi gündən bəri ilk dəfə görüşəcəklər. Putinin Cenevrəyə gəlişi, Rusiya prezidentinin 2020-ci ilin yanvarından bəri ilk xarici səfəri olacaq.