Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı
ABŞ prezidenti Co Bayden Vladimir Putinlə görüşü zamanı Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldıracaq.
TASS xəbər verir ki, o, bunu Anım günü münasibəti ilə çıxış edərkən deyib. Bayden bildirib ki, Putinə bu hüquqları pozmasına imkan verməyəcəklərini deyəcək.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: