Daha 14 terrorçu erməni haqqında məhkəmə baxışı təyin olunub
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək prosesin video-audio çəkilişlərinin dayandırılmasını xahiş ediblər. Hakim vəsatəti təmin etməyib.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 25-nə təyin edilib.